MƏDƏNİYYƏT


“Azad gəlmələr”in XIX əsrdə Cəlilabadda tikdiyi kilsə

Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən pravoslav kilsəsinin tarixi XIX əsrin ortalarına gedib çıxır.
Tarixçi Şəfəq İbrahimzadə AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Türkmənçay müqaviləsindən sonra Şimali Azərbaycan torpaqlarına, o cümlədən Cəlilabad rayonuna köçürülmüş xristian inanclı ruslar ibadət etməkdən ötrü burada əvvəlcə kiçik bir bina tikiblər. Amma həmin tikili rusların kütləvi ibadətləri üçün darısqal olduğundan cənub bölgəsində bu kilsənin inşa edilməsi qərara alınıb.