MƏDƏNİYYƏT


Xalq artisti Emin Ağalarov Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib

Musiqidə özünəməxsus dəst-xəti olan Emin Ağalarov dünyaşöhrətli Frenk Sinatra, Elvis Presli və müəllimi saydığı Müslüm Maqomayev kimi dühalardan ilhamlanaraq bu sənətə gəlib. 2006-cı ildə onun “Still” adlı ingiliscə ilk albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib. Bu albomda, həmçinin onun öz bəstələri yer alıb. Daha sonra Emin “İncredible”, dünya musiqi sənətinin əfsanələrindən olan E.Presli və F.Sinatranın mahnılarından ibarət “Obsession”, həmçinin “Devotion” albomlarını buraxıb. Bu albomlar ifaçıya böyük şöhrət qazandırıb. Bütün bunlarla yanaşı Emin Ağalarov tez-tez dünyanın bir çox şəhərlərində konsert proqramları ilə çıxışlar edir. Onun növbəti konserti isə doğma vətəni Bakıda təşkil olunub.