MƏDƏNİYYƏT


Həzi Aslanovun hərbi geyimi, əşyaları, stolüstü saatı...

İkinci Dünya müharibəsi bəşər tarixinin ən qanlı savaşı sayılır. 50 milyondan çox insanın həyatına son qoyan bu savaş faşizmə qarşı mərdliklə vuruşan qəhrəmanlar da yetişdirdi. Onlardan biri iki dəfə Sovet İttifaqı Qəhrəmanı olan general-mayor Həzi Aslanovdur.Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəranın Gərmətük qəsəbəsində doğulub. General-mayorun ev-muzeyi doğulduğu Lənkəranda 1969-cu ildən bəri istifadədədir. 1983-cü il mayın 8-də isə Lənkəran şəhərinin mərkəzində heykəli ucaldılıb.