MƏDƏNİYYƏT


Romada “Şuşa İli”nə həsr olunmuş konsert: “Xarıbülbül”

“Şuşa İli” çərçivəsində İtaliyanın paytaxtı Roma şəhərindəki “Sala Umberto” teatrında “Xarıbülbül” adlı konsert keçirilib. AZƏRTAC xəbər verir ki, ölkəmizin İtaliyadakı səfirliyinin Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil etdiyi konsertdə İtaliya Parlamentinin deputatları, Xarici İşlər Nazirliyinin nümayəndələri, diplomatik korpus təmsilçiləri, ictimai-siyasi xadimlər, aparıcı media qurumları əməkdaşları və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.