MƏDƏNİYYƏT


Bir iynədən istifadə olunmaqla yaradılan təkrarolunmaz sənət nümunələri

Zəngin və maraqlı qurama sənəti Azərbaycanda olduqca qədim ənənələrə malikdir. Bir zamanlar qənaət məqsədilə parça qalıqlarından tikilən quramalar sonralar tikmə sənətinin bir növünə çevrilərək məişətdə özünə geniş yer tapıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qurama dekorativ məmulatlarının evlərin interyerinin ayrılmaz hissəsinə çevrilməsi bu sahə üzrə sənətkarların meydana gəlməsinə səbəb olub. Tikmə ustaları quramanın ənənəvi quruluş üsullarına sadiq qalaraq bu gün də parça qalıqlarını səbir və zövqlə toplayır, onları uyğun şəkildə birləşdirməklə sənət nümunəsi yaradırlar.