İQTİSADİYYAT


Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun bu hissəsində tikinti yekunlaşıb

“Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 130 kilometrlik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsi davam etdirilir. Artıq 130 kilometrlik yolun 82.2-ci kilometrlik Gəncə-Zəyəm-Qırılı hissəsində tikinti işləri yekunlaşdırılıb.