ELM VƏ TƏHSİL


Tovuzlu gənc rubik kubunu yığan robot düzəldib

Ölkəmizdə istedadlı və bacarıqlı gənclər, yeniyetmələr çoxdur. Tovuzun Bozalqanlı kənd orta məktəbinin 9-cu sinif şagirdi Mirhəşim Məmmədli də belə yeniyetmələrdən biridir. O, həm rubik kubunu əl ilə tez yığmağı bacarır, həm də onu yığan robot düzəldib.
AZƏRTAC xəbər verir ki, Mirhəşim istedadlı olması ilə yanaşı, bacarığı ilə də seçilir. O, hələ uşaq yaşlarından texnika və müasir texnoloji avadanlıqlara böyük maraq göstərib. İndi məktəbli yoldaşları ilə məktəbdə yeni yaradılan STEAM mərkəzinin imkanlarından istifadə etməyə çalışır.