MÜSAHİBƏ


Fabian Veidman: Azad olunmuş ərazilərdə aparılan sürətli bərpa işləri diqqət çəkir

Qafqaz regionuna, o cümlədən Azərbaycana ilk dəfədir səyahət edirəm. Dünən Bakıda gəzintimiz oldu. Ölkənizin paytaxtı modern və gözəl şəhərdir. Xocavəndə gələrkən yolda gördüyüm sürətli yenidənqurma və bərpa işləri diqqətimi çəkdi, həmçinin olduğumuz tarixi məkanlar çox maraqlı gəldi. Bu sözləri AZƏRTAC-a müsahibəsində Almaniyadan gəlmiş səyahətçi Fabian Veidman Xocavənddə yerləşən Azıx mağarasına səfəri zamanı deyib.