SİYASƏT


Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul qaydaları açıqlanıb

Müdafiə Nazirliyinin hərbi liseylərinə 2023/2024-cü tədris ili üçün namizədlərin qəbulu qaydaları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan dilində tədris aparılacaq təhsil müəssisəsində təhsil forması əyani olaraq 2 il müəyyən edilib.
Bu il ümumtəhsil müəssisələrində orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 15 yaşı tamam olan və 17 yaşı tamam olmayan Azərbaycanın kişi cinsli vətəndaşları qəbul edilirlər.