ELM VƏ TƏHSİL


“LANDAU” məktəbliləri AZƏRTAC-da

“LANDAU” məktəbinin şagirdləri Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) qonağı olublar.

Əvvəlcə məktəblilərə AZƏRTAC-ın müxtəlif dövrlərdə istifadə etdiyi texniki avadanlıqların nümunələrindən ibarət muzeyi barədə məlumat verilib.
Balaca qonaqlar Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mətbuatla bağlı tədbirlərdə iştirakını, yerli və xarici mediaya müsahibələrini, Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsi dövründə xalqa müraciətlərini, işğaldan azad olunmuş bölgələrə səfərlərini əks etdirən fotostendlərlə, həmçinin AZƏRTAC-ın muzeyi ilə tanış olublar.