ELM VƏ TƏHSİL


Müəllimlərin işə qəbul imtahanında dəyişiklik

Müəllimlərin işə qəbulu imtahanları bu il də həyata keçiriləcək. Bu il keçiriləcək imtahanlara 30 dəqiqə əlavə olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, imtahanın müddəti 2 saat 30 dəqiqə olacaq: "Səhv cavablar düz cavablara təsir edəcək. Qaydalar rəsmiləşdikdən sonra ictimaiyyətə məlumat veriləcək".