SİYASƏT


Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən viktorina keçirilib

N hərbi hissəsində müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət və dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən viktorina keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.