MƏDƏNİYYƏT


Azərbaycan dizaynerlərinin əl işləri Moskvada nümayiş olunub

Moskvada ənənəvi “Novruz AMOR” tədbirləri çərçivəsində “ETNO FEŞN AMOR” gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) ənənəvi olaraq Novruz bayramı ərəfəsində silsilə tədbirlər təşkil edir. Martın 15-də Rusiyada yaşayan və təhsil alan azərbaycanlı gənclər, Moskva şəhəri ictimaiyyətinin nümayəndələri ölkəmizin tanınmış, eləcə də gənc və istedadlı dizaynerlərinin əl işlərinin nümayişinə toplaşıblar.