MƏDƏNİYYƏT


Özbəkistanda Fikrət Əmirova həsr olunmuş konsert

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Daşkənddəki Dövlət Konservatoriyasının böyük zalında görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, dünyaşöhrətli bəstəkar Fikrət Əmirova həsr olunmuş “Sevgimizin səması” adlı simfonik konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, konsertdə Azərbaycan Mədəniyyət Mərkəzinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, mədəniyyət və incəsənət xadimləri, Daşkənddəki ali məktəblərin müəllim və tələbə heyəti iştirak edib.