SİYASƏT


Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah təlimi

“Əlahiddə Ümumqoşun Ordunun 2023-cü tədris ilinə hazırlıq planı”na uyğun olaraq tabelikdə olan birləşmə və hissələrlə ərazidə komanda-qərargah təlimi keçirilib.
AZƏRTAC xəbər verir ki, təlimin ilkin mərhələsində birləşmə, hissə və bölmələrin təlim döyüş həyəcan siqnalı ilə qaldırılaraq döyüş təyinatı rayonlarına çıxarılması və döyüşə hazırolmanın müxtəlif dərəcələrinə gətirilməsi üzrə fəaliyyətlər yerinə yetirilib. Döyüş təyinatı rayonlarında əsas diqqət birləşmə, hissə və bölmələrin ərazidə maskalanmasına, müdafiə və mühafizəsinə, xüsusilə düşmənin pilotsuz uçuş aparatlarına qarşı mübarizə tədbirlərinin icrasına yönəldilib.