MƏDƏNİYYƏT


Parisdə UNESCO-nun “İpək yolu” proqramının 35 illiyi qeyd olunur

“İpək yolu” Proqramının 35 illiyinə həsr edilmiş tədbir Azərbaycan, Çin, Qazaxıstan, Monqolustan və Omanın UNESCO yanında Daimi nümayəndəlikləri tərəfindən birgə təşkil edilib.
Tədbir “İpək yolu - müxtəliflik, dialoq və sülh” adlı beynəlxalq forumla başlayıb. Forumda təşkilatçı ölkələrin mədəniyyət nazirləri, nazir müavinləri, UNESCO yanında daimi nümayəndələr, ekspertlər iştirak edirlər. Azərbaycan forumda mədəniyyət nazirinin müavini Səadət Yusufova, UNESCO yanında daimi nümayəndə Elman Abdullayev, Daimi Nümayəndəliyin diplomatı Nahid Ömərov ilə təmsil olunur.