İQTİSADİYYAT


Yeni piyada keçidinin aşırım hissəsi quraşdırılıb

Vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə Mərdəkan-Zağulba avtomobil yolunun 8-ci kilometrdə yeni yerüstü piyada keçidinin tikintisi davam edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, layihəyə uyğun olaraq gecə saatlarında keçidin aşırım hissəsinin quraşdırılması həyata keçirilib.
Layihə üzrə keçidin uzunluğu 53.4 metr, daxili eni 3.5 metr, pilləkən və pandusların eni 1.35 metrdir.
Yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edən keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarət olacaq.