ELM VƏ TƏHSİL


AMEA-da Zərifə Əliyevanın 100 illiyi qeyd olunub

Aprelin 19-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva: həkimlik andı və vətəndaş missiyası” mövzusunda yubiley tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anıb, məzarları önünə tər çiçəklər düzüblər.
AMEA-nın Əsas binasında keçirilən tədbirdən öncə akademik Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib.