MƏDƏNİYYƏT


Kino Agentliyinin yaradılması yeni beynəlxalq birgə layihələrdə iştirak etmək imkanı yaradacaq

AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycan Kinosu - 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumunda çıxışı zamanı mədəniyyət naziri Adil Kərimli söyləyib.
O bildirib ki, Kino Agentliyinin yaradılması Azərbaycan kinosuna gələcəkdə Agentlik vasitəsi ilə bir çox yeni beynəlxalq birgə layihələrdə iştirak etmək, “Evroimaj” kimi bir sıra nüfuzlu beynəlxalq platformalara qoşularaq birgə kino istehsalında iştirak, Azərbaycan kinematoqrafiyasına yeni təcrübələr gətirmək, eləcə də audiovizual sahənin iqtisadi fəallığını artırmaq imkanı yaradacaq.