SİYASƏT


Raket və Artilleriya Qoşunlarında keçirilən təlimlər davam edir

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının bölmələri ilə gecə və gündüz vaxtı keçirilən döyüş atışlı taktiki təlimlər davam edir.
Plana uyğun olaraq daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan artilleriya divizionlarının tədris-maddi bazası, şəxsi heyətin təchizatı, fərdi və qrup halında normativlərin icra səviyyəsi yoxlanılıb.