İQTİSADİYYAT


Neftçalada 11 yaşayış məntəqəsinin yolları yenidən qurulur

Neftçala rayonunun Xanməmmədli-Qaçaqkənd-Qırmızıkənd-Xol Qarabucaq-Xəzər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 15 min əhalinin yaşadığı 11 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdıracaq, kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq yol infrastrukturu layihəsinin icrasına start verilib.