İQTİSADİYYAT


Kərimli avtomobil yolunun Oğuz hissəsinin yenidən qurulması işləri yekunlaşır

M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 17-ci km-dən ayrılan respublika əhəmiyyətli Kərimli avtomobil yolunun Oğuz hissəsinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir.
Yenidən qurulan hissənin uzunluğu 10 km-dir və III texniki dərəcəyə uyğun olaraq inşa edilir. Yolun hərəkət hissəsi 7, hər istiqamət üzrə çiyinlərin eni 2.5 metrdir.