DÜNYA
Çin orbitə daha bir kosmik gəmi göndərib - “Şencou-16”
30.05.2023 [21:59]
Çin kosmos proqramı çərçivəsində “Şencou-16” missiyasına start verib.
Uçuş mayın 30-da yerli vaxtla saat 9:31-də Qobi səhrasındakı Ciuçüən kosmodromunda baş tutub.“Şencou-16” kosmik gəmisində daha əvvəl kosmosda olmuş Cin Haypen (komandir) və Çinin 3-cü nəsil kosmonavtları Cu Yancu və Quy Hayçao orbitə göndərilib. “Şencou-16” gəmisi Çinin kosmik stansiyası ilə birləşəndən və sonra kosmonavtlar stansiyaya keçəcəklər. Ondan sonra “Şencou-15” missiyasının üzvləri Yerə qayıdacaqlar. “Şencou-16” missiyasının isə təxminən 5 ay kosmosda qalması planlaşdırılır. Onlar kosmik stansiyada, habelə stansiya xaricində müxtəlif eksperiment və texniki yoxlamalar kimi bir çox vəzifələri yerinə yetirəcəklər.
07.05.2024 [14:36]
07.05.2024 [14:28]
06.05.2024 [14:31]
06.05.2024 [18:28]
07.05.2024 [16:41]
07.05.2024 [16:32]
04.05.2024 [21:02]
26.04.2024 [14:56]
02.05.2024 [16:23]
03.05.2024 [17:30]
02.05.2024 [15:32]
02.05.2024 [15:28]
02.05.2024 [15:19]
02.05.2024 [13:30]