İQTİSADİYYAT


Qarabağın dirçəlməsində xarici investisiyaların rolu

Bu gün ölkəmiz üçün ən vacib məsələlərdən biri də Qarabağın və işğaldan azad olunan digər torpaqların yenidən qurulması və bərpasıdır. Azərbaycan heç bir dövlətin köməyinə ehtiyac duymadan öz iqtisadi potensialı hesabına Qarabağda həyatı yenidən dirçəldir. Nəzərə almaq lazımdır ki, işğalçı Ermənistan Qarabağa elə ciddi zərbələr vurub ki, orada həyatın və infrastrukturun yenidən qurulması üçün milyardlarla manat vəsait tələb olunur. Bu baxımdan Qarabağda tikinti və quruculuq işlərinə xarici investisiyaların cəlb edilməsi də gündəmdə olan əsas məsələlərdəndir. Politoloq, Sosial Tədqiqatlar mərkəzinin sektor müdiri Tural İsmayılov bildirdi ki, bu gün Azərbaycan iqtisadiyyatının təhlükəsizliyinin təmin edilməsində ölkəyə xarici investisiyaların cəlbinin xüsusi rolu var.