ELM VƏ TƏHSİL


İkinci Bakı Elm Olimpiadasının qalibləri mükafatlandırılıb

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən olimpiyadada əsas məqsəd istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onları daim həvəsləndirmək, yaradıcılığa və elmə olan maraqlarını artırmaq, nəzəri və təcrübi biliklərini təkmilləşdirmək, şagirdlərə beynəlxalq və yerli olimpiadalarda, eləcə də bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaqdır. Müsabiqə üzrə I, II və III yeri tutan şagirdlərə medal, diplom və hədiyyələr təqdim olunub. Həmçinin I yerə layiq görülən Türkiyə Dəyanət Vəqfinin Bakı Türk liseyi və 129 nömrəli tam orta məktəbin komandaları, II yeri tutan Kimya-biologiya təmayüllü resbublika liseyi və 192 nömrəli tam orta məktəbin komandaları, III yeri tutan Fizika-riyaziyyat və informatika təmayüllü respublika liseyi və 287 nömrəli “Zəkalar” liseyinin komandaları kubok və diplomla təltif ediliblər.