İQTİSADİYYAT


Hacıqabulda 8 kəndi əhatə edən yollar yenidən qurulur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, 39 kilometr uzunluğa malik Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun tikintisi üçün əraziyə kifayət qədər canlı qüvvə və texnika cəlb olunub. Aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar edilən və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur.