İQTİSADİYYAT


Metro yay qrafikinə keçir

İyunun 16-dan “Bakı Metropoliteni” QSC-də qatarların hərəkət qrafikinə dəyişikliklər ediləcək. Bu barədə AZƏRTAC-a “Bakı Metropoliteni” QSC-dən bildirilib. Aparılmış monitorinqlər əsasında sərnişin sayının azalması, o cümlədən tədris mövsümünün başa çatması, habelə yay istirahəti dövrünün başlanması ilə əlaqədar Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişikliklər ediləcək. Yeni tədris mövsümünün əvvəlinə qədər qüvvədə qalacaq qrafikə uyğun, sərnişinlərin əsas axın saatlarında - hər iş günü saat 07:00-dan saat 21:00-a qədər “Həzi Aslanov”-“28 May” sahəsində və əks istiqamətdə hərəkət edən qatarlar arasındakı interval 2,5 dəqiqə təşkil edəcək.