İQTİSADİYYAT


Təmir olunan Sumqayıt-Yalama dəmir yolunun yeni imkanları

Azərbaycanın tranzit-logistika potensialının gücləndirilməsində önəmli rol oynayan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində işlər uğurla davam etdirilir. Bu beynəlxalq nəqliyyat dəhlizinin önəmli tərkib hissəsi olan Sumqayıt-Yalama dəmir yolu xəttində yenidənqurulma işlərinin 53%-i uğurla tamamlanıb. Abşeron yarımadasını respublikanın şimal sərhədi ilə birləşdirən yolun ox üzrə uzunluğu 167,7 km, açılmış uzunluğu 362,8 km təşkil edir. İkixətli Sumqayıt-Yalama dəmir yolunda yenidənqurma işləri daşımalarla bərabər aparılır. Yolun bir xətti yenidən qurularkən digərində qatarlar hərəkət edir.