İQTİSADİYYAT


Regionlarda taxıl biçini davam edir

Respublikada taxıl biçini prosesi sürətlə davam edir. Artıq payızlıq əkin sahələrinin 26,5 faizində biçin başa çatıb. Bu günədək sahələrdən 641423 ton arpa, 213460 buğda yığılıb. Ölkə üzrə payızlıq arpa sahələrinin 52,8 faizində, buğda sahələrinin isə 10 faizində biçin başa çatıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 29.8 sentner, buğda üzrə isə 33,3 sentner təşkil edir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, payızlıq əkinlər mövsümündə Kürdəmir rayonunda 42842 hektar sahədə taxıl əkilib. Əkin sahələrinin 10515 hektar buğda, 32327 hektarı isə arpa sahələridir. Bu günədək rayon üzrə 24847 hektar sahədə biçin aparılıb, sahələrdən 77750 ton məhsul yığılıb.