MÜSAHİBƏ


“Azərkosmos” və ISESCO Azərbaycanda kosmos sahəsində ilk investisiya layihəsini həyata keçirəcəklər

Bakıda “Azərkosmos”la İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) birgə bəyanat sənədi imzalanıb. Bu sənədə əsasən "Azərkosmos" və ISESCO Azərbaycanda kosmos sahəsində ilk investisiya layihəsini həyata keçirəcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 4-də Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresinin Sərgi pavilyonunda Azərkosmos sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri Vüqar Bayramov bildirib.