SİYASƏT


“Xəzri-2023” birgə taktiki təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

Oktyabrın 6-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və digər vəzifəli şəxslər “Xəzri-2023” birgə taktiki təlimi çərçivəsində keçirilən “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak ediblər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.