SİYASƏT


Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnika payız-qış istismar rejiminə keçirilir

Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrində silah və texnikaların saz vəziyyətdə saxlanması, təlimata uyğun istifadə və istismar olunması, həmçinin mövsümə uyğun düzgün texniki qulluğun göstərilməsi ilə bağlı məşğələlər keçirilib.
Məşğələlər zamanı keçirilən dərslərdə bölmələrin döyüş gücünü artırmaq məqsədilə hər bir silah və hərbi texnikadan düzgün istismar qaydalarına əməl olunmasının vacibliyi diqqətə çatdırlıb və mövsümi tələblərə uyğun olaraq silah və texnikalara düzgün texniki qulluğun göstərilməsi, həmçinin hissə və mexnizmlərin dəyişdirilməsi praktiki olaraq şəxsi heyətə göstərilib.