SİYASƏT


"Gizir hazırlığı kursu"na qəbul olan kursantların andiçmə mərasimi keçirilib

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Heydər Əliyev adına Hərbi İnstituta orta ixtisas təhsili pilləsi üzrə ("Gizir hazırlığı kursu"na) qəbul olan kursantların andiçmə mərasimi keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.