SİYASƏT


Azərbaycan-Türkiyə birgə taktiki təlimi keçiriləcək

Azərbaycanda keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə taktiki təlimə cəlb edilən qardaş ölkənin Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya vasitələri ölkəmizdədir.
Qeyd edək ki, birgə taktiki təlimin 23-25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə keçirilməsi planlaşdırılır.