SİYASƏT


Azərbaycan Ordusunda silah və texnika payız-qış mövsümündə istismar rejiminə keçirilir

Azərbaycan Ordusunda 2023-cü ilin hazırlıq planına uyğun olaraq silah, döyüş və xüsusi texnikanın istismarının payız-qış mövsümünə keçirilməsi üzrə kompleks tədbirlər keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bütün hərbi hissələr silah və texnikanın payız-qış mövsümündə fasiləsiz və dayanıqlı istismarını təmin etmək üçün mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, həmçinin digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilir.