MƏDƏNİYYƏT


Macarıstanın Lakitelek şəhərində Nizami Gəncəvinin büstü açılıb

Oktyabrın 19-da Macarıstanın Lakitelek şəhərində yerləşən Hungarikum parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstünün açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirə fəxri qonaq qismində Milli Məclisin sədrinin birinci müavini, Azərbaycan-Macarıstan parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Hüseynli dəvət olunub.