MƏDƏNİYYƏT


Lənkəranda kulinariya festivalı

Oktyabrın 28-də “Diyar.az” komandası, Azərbaycan Dövlət Reklam Agentliyi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi, “Khazar Palace Lankaran” və tanınmış aşpaz Nüsrət Səlimlinin birgə təşkilatçılığı ilə Lənkəranda “Bir Cənub şəhərində” adlı kulinariya festivalı keçirilib.
Azərbaycanın qastronomik xəritəsi olan “Diyar.az” platformasının müəllifi və rəhbəri Nigar Əmirbəyova AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, festivalın keçirilməsində məqsəd iştirakçıları Lənkəran bölgəsinin ləziz mətbəxi ilə elə yerli aşpazların təqdimatında tanış etməkdir.