MƏDƏNİYYƏT


Özbəkistanda “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” kitabının təqdimatı olub

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın Daşkənd və Xarəzm vilayətlərində “Azərbaycan mədəniyyəti və poeziyası həftəliyi” çərçivəsində silsilə tədbirlər keçirilib.
Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, həftə çərçivəsində Xarəzm Vilayətinin Ürgənc Dövlət Universitetində “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” kitabın təqdimatı və Azərbaycan mədəniyyəti və ədəbiyyatına dair tədbir təşkil olunub.