MƏDƏNİYYƏT


Azərbaycan sənətçilərinin Özbəkistanda qala-konserti təşkil olunub

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə Daşkənd və Xarəzm vilayətlərində keçirilən “Azərbaycan mədəniyyəti və poeziyası həftəsi” çərçivəsində Ürgənc şəhərində Azərbaycandan gəlmiş sənətçilərin iştirakı ilə qala-konsert təşkil olunub.
Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Agahi adına Xarəzm Dövlət Musiqili Dram Teatrında keçirilən konsertdə iştirakçılar əvvəlcə foyedə Azərbaycan tarixi, mədəniyyətinə dair sərgi ilə tanış olublar.