MƏDƏNİYYƏT


Şanxayda Azərbaycanın turizm potensialının təqdimatı olub

Çinin ən iri şəhərlərindən olan Şanxayda Azərbaycanın turizm potensialının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Çinin turizm şirkətlərinin nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev mədəni irsi, rəngarəng təbiəti, qədim və müasir memarlığı olan Azərbaycanın yüzillər ərzində İpək yolu üzərində ticarət və mədəniyyət körpüsü rolunu oynadığını, bu tarixi irsin müasir dövrdə ölkəmizin turizm potensialını zəniginləşdirdiyini deyib. Bildirib ki, son illər Azərbaycanda turizm sənayesi böyük inkişaf yolu keçib, turizm xidmətlərinin yüksəldilməsi istiqamətində əhəmiyyətli işlər görülüb, nəticədə ölkəmiz dünyanın müxtəlif bölgələrindən olan səyahətçilərin populyar turizm məntəqəsinə çevrilib.