MƏDƏNİYYƏT


Okeanın o tayından balaca Nizaminin izinə düşdülər

2000-ci ildə "İndi qəriblikdir məni ağladan, O yanan evləri könlüm istəyir", - misralarını səsləndirərkən göz yaşlarına qərq olan 13 yaşlı Nizami Paşayev bu gün həmin misraları böyük sevinc və qürurla ifa edir. Çünki 44 günlük Vətən müharibəsində onun dədə-baba torpağı - Füzuli də düşməndən azad edildi. 2000-ci illərdə amerikalı musiqiçi Cefri Verbok məcburi köçkünlərlə görüşüb. Elə həmin vaxtdan indiyədək Nizaminin ifasına heyran qalır. Sonrakı illərdə Cefri “Gənc səslər, qədim nəğmə” filminin baş qəhrəmanı olaraq elə füzulili Nizamini seçir.