MƏDƏNİYYƏT


“Azərbaycan ilk olaraq Ermənistana normallaşma proqramı və sülh təklifi irəli sürüb” – UNESCO-nun sessiyası

Azərbaycan xarici işlər nazirinin müavini, UNESCO-nun Baş Konfransının 42-ci sessiyasında ölkəmizi təmsil edən nümayəndə heyətinin rəhbəri Elnur Məmmədov tədbirdə çıxış edib.
AZƏRTAC xəbər verir ki, E.Məmmədov əvvəlcə UNESCO Baş Konfransının sədri seçilməsi münasibətilə Rumıniyanın təşkilatdakı daimi nümayəndəsini və nümayəndəliyin rəhbərini təbrik edərək, onlara uğurlar arzulayıb.