MƏDƏNİYYƏT


IX Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir -
AZƏRTAC sərgidə öz stendi ilə iştirak edir

Noyabrın 11-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə Bakı Ekspo Mərkəzində 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin istənilən dövrlərində mütaliəyə böyük önəm verdiyini bildirib.

“Kitab oxumaq mədəniyyətimizin əsas təməlidir. Bu gün Azərbaycan dövləti kitab sənayesinin inkişafına və oxu mədəniyyətinin fəaliyyətinə geniş şəkildə önəm verir. Nəşriyyat və poliqrafiya işinin inkişafında çox yaxından iştirak edir. Azərbaycan dövləti tərəfindən kitab sənayesinin inkişafına xüsusi diqqət yetirilir”, - deyə nazir diqqətə çatdırıb.