SİYASƏT


IX Bakı Beynəlxalq Kitab Sərgisi: AZƏRTAC-ın hazırladığı “Heydər Əliyev Azərbaycandır!” ikihissəli sənədli filmi təqdim olunub

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ayrıca stendlə təmsil olunur.

Sərgi çərçivəsində AZƏRTAC-ın məhsulları, əməkdaşlarının vaxtilə istifadəsində olan avadanlıqlar və s. təqdim edilir. Stenddə AZƏRTAC tərəfindən hazırlanan “Heydər Əliyev Azərbaycandır!” ikihissəli sənədli filmi də nümayiş olunur.

Sənədli filmdə dahi şəxsiyyətin ictimai-siyasi fəaliyyətinin nəticəsi olaraq Azərbaycanın inkişafında mühüm rol oynamış 100 tarixi fakt təqdim edilir.