MƏDƏNİYYƏT


Şuşa Mədəniyyət Günləri çərçivəsində Ankarada konsert olub

Şuşa Mədəniyyət Günləri çərçivəsində Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin, Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin və TÜRKSOY-un birgə təşkilatçılığı ilə Ankara şəhərində konsert təşkil olunub. Azərbaycan və Türkiyənin dövlət himnləri ilə başlayan proqramda Şuşada görülən işlərlə bağlı qısa film nümayiş etdirilib. Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsi Aydın Kərimov açılış çıxışı edərək qonaqları salamlayıb. Proqram çərçivəsində foyedə Azərbaycan milli geyimləri və Şuşa rəssamlarının əsərlərindən ibarət sərgi nümayiş etdirilib.