MƏDƏNİYYƏT


Musiqi müəllimi taxta parçalarına yeni “həyat verir”

Dekorativ tətbiqi sənətin bədii oyma növü hər bir ustadan böyük səbir tələb edir. Hazırda sənətin bu növünü yaşadanlar təəssüf ki, elə də çox deyil. Belə azsaylı sənətkarlardan biri də Lənkəran şəhər sakini Rail Yusubovdur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Rail Yusubov ixtisasca musiqi müəllimi olsa da, oyma sənəti ilə də məşğuldur.