MƏDƏNİYYƏT


DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Meksika Mətbəxi Günü”

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Meksika Mətbəxi Günü” təşkil olunub. Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero tədbirdə iştirak edib. Mərkəzin direktoru Nigar Məmmədova qonaqları Azərbaycan və Meksika incəsənətinə məxsus əl işlərinin yer aldığı sərgi ilə tanış edib. Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero xalqlarımız və mədəniyyətlərimiz arasındakı oxşar xüsusiyyətlər, habelə benefisiarların Meksika mədəniyyətini tanımaq istəyi ilə bağlı xoş təəssüratlarını bölüşüb.