MƏDƏNİYYƏT


Azərbaycan “Lüksemburq Beynəlxalq Bazarı”nda təmsil olunub

Azərbaycanın Belçika Krallığında və Lüksemburq Hersoqluğundakı səfirliyinin təşkilatçılığı ilə ölkəmiz “Lüksemburq Beynəlxalq Bazarı”nda böyük stendlə təmsil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan stendi ABAD, “Azərsun”, “Azəripək”, “Aspi”, “Balkhoorma”, “Meysəri”, “Savalan”, “Şabyant”, “Silkway”, “Ravira” şirkətlərinin dəstəyi ilə dünyada yoxsulluqla mübarizə üçün vəsait toplamaqla yanaşı, milli məhsullarımızın istehlakçılara təqdimatını və mədəniyyətimizin təşviqini müvəffəqiyyətlə həyata keçirib. Azərbaycan stendi milli məhsullarımızın təbliği üçün əlverişli platforma olub.