DÜNYA


Odessada qar fırtınası: Donmaq üzrə olan insanlar xilas edilir

Ukraynada qeyri-sabit hava şəraiti bir çox bölgələrdə ciddi fəsad yaradıb.  Odessada  təbii fəlakət həm Kiyev, həm İzmail-Reni yolu üzrə hərəkəti iflic edib. Bu səhərə olan məlumata görə Fövqəladə hallar işçiləri gecə səhərə qədər 2 minə yaxın adamı donmaqdan xilas ediblər. Onlardan 104 nəfəri uşaq olub. Fövqəladə hallar vilayət idarəsi ümumi vilayət üzrə 55 səyyar isinmə məntəqəsi yaradıb.