SİYASƏT


Azərbaycan Prezidenti: Ümid edirdik ki, Qarabağ ermənilərinin nümayəndələri ilə təmaslar qura biləcəyik

Mən Laçına qayıtmış sakinlərlə görüşümdə qeyd etdim ki, bu məsələnin normal həlli yolu var və mən o zaman dedim, separatçıların liderləri təslim olsunlar, onlara qarşı amnistiya tətbiq edilə bilər. Təəssüf olsun ki, yenə də mənim sözlərimə düzgün qiymət verilmədi. Bu gün separatçıların rəhbərləri Azərbaycandadırlar. Onlar buraya gəlmək istəyirdilər və bizi hədələyirdilər ki, tank üzərində gələcəklər Azərbaycana, Bakıya. Bu gün isə Azərbaycanda mühakimə olunmağı və bizim ədliyyə sisteminin yekun qərarını gözləyirlər.